Binəli Yıldırımdan bəyanat:"Çevriliş edənlər atatürkçü deyillər"

  • 02 avq 2016, 21:08
Türkiyə Silahlı Qüvvələri dünya tarixinin ən köklü ordularından biridir.

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş naziri Binəli Yıldırım söyləyib. Onun sözlərinə görə, Türkiyədə çevriliş edənlərin heç biri atatürkçü deyil:

"1071-də (Malazgird döyüşü nəzərdə tutulur – red.) dastan yazan ordu TSQ-dir. Xaçlıları Anadoluda durduran ordu da bu ordudur. İstanbulu fəth edən də türk ordusudur. Moxacı, Kosovanı, Çanaqqalını dastan kimi yazan ordu bu ordudur. Qurtuluş Savaşı həyata keçirən və bağrından Mustafa Kamalı doğan bu ordudur. Bu ordu millətin ordusudur və millətin bağrından çıxıb. Hər çevriliş, hər çevriliş təşəbbüsü ilk olaraq Mustafa Kamalın xatirəsini, onun açılışına öncüllük etdiyi Millət Məclisini yaralayıb. Çevrilişə cəhd göstərənlərdən heç kim atatürkçü ola bilməz”.

axar.az 
Oxşar xəbərlər