"İstənilən blokadanı yararıq" - Putin

  • 11 may 2016, 19:30
"Əgər kimsə bizə təlim keçmək fikrinə düşübsə,  Rusiya istənilən blokadanı yarmağa hazırdır, nəinki enerji blokadasını”.

Bu barədə Putin bu gün verdiyi açıqlamada deyib. 

"Qısa zamanda Krımın enerji blokadasını yarmaq mümkün oldu. Əgər tələb olunarsa, istənilən blokadanı yararıq. Birdən kimsə bizə təlim keçmək fikrinə düşsə” – Rusiya prezidenti Krımın enerji təminatı ilə bağlı keçirilən telekörpü zamanı belə deyib.

Putin qeyd edib ki, Krıma çəkiləm enerji xətləri istirahət sezonunda təzyiqə davam gətirəcək. Bu iş üçün Rusiya 50 milyard rubl pul ayırıb. 2018-ci ildə Rusiyanın Krımda güclü infrastruktur ehtiyatları yaradacağı bildirilir.