Hesabı ödədiyinə görə dostunu öldürdü.

  • 02 may 2016, 16:49
Bakırköydə vətəndaşlardan biri, restoranda özünə xəbər vermədən yeməklərin hesabını ödəyən dostunu silahla vurub. Demokratik.Az xəbər verir ki, İncirli küçəsində yerləşən restoranlardan birində yemək yeyən dostlar dalaşıb. Dava isə yeməyin hesabını ödəmək üstündə olub. İdris Alakuş ilə Hasan Erdemir arasındakı dava böyüyüb. Yeməklərin pulunun dostu tərəfindən ödənildiyini görən İdris Alakuş, əsəbiləşərək restoranı tərk edib. Bir neçə dəqiqə sonra restorana girən Alakuş, Hasan Erdemiri güllələyib. Ağır yaralanan Erdemir, dünyasını dəyişib. 

Hadisə yerindən qaçan İdris Alakuş isə bir müddət sonra həbs edilib.

Teymur
Bizimyol.info
Oxşar xəbərlər