Lavrov Amerikaya səsləndi

  • 26 mart 2016, 14:26

"Suriyaya görə okeanın digər tərəfindən Rusiyaya qarşı növbəti sanksiyaların tətbiq edilməsi barədə siqnallar alırıq”.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov italyalı həmkarı Paolo Gentiloni ile keçirdiyi görüşlə bağlı birgə mətbuat konfransında bunları deyib.

 

Rusiyalı nazir deyib ki, Qərb ictimaiyyəti Rusiyanın dünyadakı problemlərin səbəbkarı kimi göstərməyə çalışır: "Biz okeanın o tərəfindən Rusiyanı bir çox problemlərin günahkarı kimi təqdim edənləri müşahidə edirik. Rusiyanın Əsədə verdiyi dəstəyə görə okeanın digər tərəfindən Moskvaya qarşı təzyiqlər artıb. Hətta, biz güman edirik ki, yaxın zamanlarda Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq olunsun. Ancaq bu sanksiyalar bizi qətiyyən çəkindirmir”.

 

Demokratik.Az