İlham Əliyev BMT rəsmisinə medal verdi - Foto

  • 11 noy 2015, 14:08
Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broeki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.


 


 

Demokratik.Az President.Az-a istinadən xəbər verir ki, A. Broekin ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibəti ilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onun Azərbaycanın yüksək medalı olan "Tərəqqi” medalı ilə təltif edildiyini bildirib və medalı diplomata təqdim edib.

 


Ölkəmizlə BMT arasında əməkdaşlığa toxunan prezident İlham Əliyev tərəfdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Azərbaycanın "Tərəqqi” medalına layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirən BMT-nin rezident əlaqələndiricisi A. Broek bunu fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.

 

Demokratik.Az

Oxşar xəbərlər