Ədalət Vəliyev Arif Hacılıya da dəvət göndərdi

  • 29 fev 2020, 14:10
Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim.
Axar.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - A.Hacılı əlavə edib.
Xatırladaq ki, Ə.Vəliyev bundan öncə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.
Oxşar xəbərlər