Demokratik TV
Xəbər lenti
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətləri artırılıb
- 09 avq 2021, 18:54
İdman, gəzinti və baş mühərriklərinin gücü 55 kVt-dan az olan digər özühərəkətedən gəmilərdə və tutumu 80 tondan az olan özühərəkətetməyən gəmilərdə zəruri olan gəmi sənədlərinin siyahısını, onların verilmə və aparılma qaydasını Fövqəladə Hallar Nazirliyi müəyyən edəcək.
Demokratik.Az bildirir ki, məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.
Təsnifat cəmiyyətləri öz səlahiyyətləri çərçivəsində sərnişin, yük-sərnişin, maye yük daşıyan, yedəkçi gəmilərinə, habelə baş mühərriklərinin gücü 55 kVt-dan az olmayan digər özühərəkətedən gəmilərə və qeyri-kommersiya məqsədləri üçün istifadə edilən idman və gəzinti gəmiləri istisna olmaqla, tutumu 80 tondan az olmayan özühərəkətetməyən gəmilərə texniki nəzarəti həyata keçirirlər. Tutumuna və baş mühərrikinin gücünə görə bu müəyyənləşdirilmiş qaydaların tətbiq edilmədiyi gəmilərə texniki nəzarət Fövqəladə Hallar Nazirliyi müəyyən etdiyi qaydada həyata keçiriləcək.
Fərmana əsasən, xilasetmə əməliyyatlarının əlaqələndirilməsi də Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ədliyyə Nazirliyinin səlahiyyəti artırıldı - Fərman
Regional mədəniyyət və turizm idarələrinin ştat vahidi müəyyən edildi
Milli Məclisin iclası təxirə salındı
İlham Əliyev 12 fərman imzaladı
Fövqəlnazir də dövlət sirrinin qorunmasına mükəlləf oldu - SƏRƏNCAM
İcra başçılarının iki səlahiyyəti ləğv edilib
Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı
Daxili İşlər Nazirliyində yeni baş idarə yaradılıb
Prezident Mülki Məcəlləni təsdiqlədi-fərman
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti