Xəbər lenti
Bütün xəbərlər

Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR

  • 21 okt 2019, 20:52

Azərbaycanın iki baş nazir müavinləri vəzifələrindən alınıb.

Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə Əli Həsənovun Baş Nazirin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalanıb.

"Demokratik.Az" xəbər verir ki, sərəncamla Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

Digər sərəncamla isə Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Sərəncamların mahiyyəti ölkə başçısının kadr islahatlarında ciddi dönüş yaranacağına və Nazirlər Kabinetinin daha çevik funksionallığının formalaşdırılacağına işarədir.

Demokratik.Az

Oxşar xəbərlər