"Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib

  • 21 apr 2019, 12:59

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə dövlət başçısının 2003-cü il 2 yanvar tarixli fərmanının 2.1-ci bəndinə əsasən, Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla, "Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib.

Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarının 1-ci hissəsi ləğv olunub.

Qərara dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Oxşar xəbərlər