İcra başçısı Arif Qasımov toyda adam döyüb?
- 01 sen 2016, 22:42
Məclis iştirakçılarından birinin verdiyi məlumata görə, hadisə hansısa səbəbdən bir xidmətçi gəncin döyülməsi ilə başlayıb. Sonda vəziyyət gərginləşib və icra başçısının özü də əlbəyaxa davaya girişib. İddiaya görə, başçı Aqşin adlı bir nəfərə hücum edərək ona yüzlərlə adamın gözü qarşısında bir neçə zərbə endirib, sonra ailəsi ilə birlikdə onu toydan qovub, səhərisi gün isə Nizami rayonu ərazisində fəaliyyət göstərən çayxanasını bağlatdırıb. Hücuma məruz qalan ofisiantın isə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Demokratik.Az olaraq məlumatı dəqiqləşdirməyə çalışdıq. Məlum etdik ki, icra başçı Arif Qasımov həmin vaxt içkili olub. Davaya səbəb isə, restoran xidmətçisi ilə qonaq arasında yaşanan anlaşılmazlıq olub. İddialara isə nədənsə "əsərin qəhrəmanı" hələlik heç bir aydınlıq gətirməyib. (mövzu diqqətimizdədir)
Qarşı tərəfin söz haqqını tanıyırıq...
Demokratik.Az