MTN generalının vəkilinə qarşı cinayət işi açılıb

  • 25 may 2016, 21:38

Bakı İstintaq Təcridxanasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin rəisi, general mayor Teymur Quliyevlə görüş zamanı vəkilin üzərinə baxış keçirilərkən mobil telefon aşkarlanıb. Modern.az saytı "Report”a istinadən xəbər verir ki, işlə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ekspertiza təyin edilib. Daha sonra A.Rəsulovun barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, A.Rəsulov 13 saylı hüquq məsləhətxanasının rəhbəridir.

Demokratik.Az

Oxşar xəbərlər