Ağstafada“Qəbiristanlıqda məktəb tikintisi”

  • 30 mart 2016, 08:39

Ağstafanın icra başçısı nə fikirləşir?

 

Ağstafa rayonu Köhnəqışlaq kəndində"Qəbiristanlıqda məktəb tikintisinə etiraz” başlıqlı yazılardan sonra deyəsən Ağstafa rayon Icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev "hərəkətə” keçib.

 

Prezident Ilham Əliyevə ünvanlanan şikayəərizəsinin surətini, kənd sakinləri "Azadlıq”ın və bir sıra saytların elektron poçtuna da göndəriblər. Diqqətə görə redaksiyamıza minnətdarlığını bildirən kənd sakinləri problemlərinin dərcindən sonra başçının Köhnəqışlaq kəndini "ziyarət”ə getdiyini yazır.

Rayona rəhbərlik etdiyi zaman kəsiyində M.Quliyev "şeytan”ın birinci dəfə mübarək qədəmlərini Köhnəqışlağa basıb. Hərbçi-komandirlərin müşayiətilə, qəbiristanlıqda tikilən məktəbdə kənd camaatına "dərs” keçmək istəsə də, başçı etirazla qarşılaşıb. Sinəsini düşmən gülləsinə sipər edən kənd sakinləri qəbiristanlıqda məktəb tikintisinərazı olmayacaqlarını bildiriblər.

Şikayəərizəsində bildirilir ki, sakinlər görüşdə başçının diqqətinə çatdırıblar ki, kəndərazisində məktəb tikintisi üçün məqsədəuyğun yer istənilən qədərdir. Ona görə dəinşaat işləri dayandırılmalı, tikinti başqa yerə köçürülməlidir.

IH başçısı israrla bildirib ki, məktəbin tikintisi başa çatdıqdan sonra məktəbləqəbiristanlıq arasında hasar tikəcəklər. Başçının bu təklifi ilə razılaşmayan sakinlər belə bir replika da atıblar: "Bəlkə məktəblilərin qulaqlarına pambıq tıxayacaqsınız ki, ağlaşma səslərini eşitməsinlər”.

Hadisələrin belə cərəyan etməsindən hiss olunur ki, başçı "tutduğunu buraxan deyil”. Bayram və istirahət günləri olduğundan, kənd camaatının ölkə prezidentinə ünvanladığı şikayət məktubuna cavab verilməyib.

Qarşı tərəfin  söz haqqını da tanıyırıq.

 Demokratik.Az