Demokratik TV
Xəbər lenti
Atəşkəs yenə pozulub
- 24 mart 2016, 10:34

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 110 dəfə atəş zərbəsi endirib.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti