Texnologiya Universitetinin rektoru nə təbliğat aparır?-yenilənib

  • 12 dek 2015, 12:41

Redaksiyamıza Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovla bağlı yeni iddiaların yer aldığı məqalə göndərilib.

Məqalə müəllifi Fərid Qubadov Demokratik.AZ-a yazır:


 

"Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Şamil oğlu Süleymanov və əlaltıları (dayısı oğlu Rəfael Maçanov və kafedra müdiri Nüşabə Hacıyeva) nəinki universitetin əməkdaşlarına, hətta bütün Gəncə şəhər ictimaiyyətinə sözün həqiqi mənasında yenidən "şok” yaşatmağı bacardılar. 08 dekabr 2015-ci il tarixində R.Maçanov və N.Hacıyeva qarşılarına çıxan əməkdaşlarısanki muştuluqlayırlarmış kimi – Akif müəllimə Prezident Fəxri Fərman verib- xəbərini verməyə başlayıblar.


Əlbəttə, əməkdaşı olduğun universitetin rektoruna Azərbaycan Prezidenti tərəfindən Fəxri Fərman verilməsi fərəhverici bir haldır.Lakin, əməkdaşların keçirdiyi fərəh "şoku” deyil, təəccüb şoku idi. Xəbəri eşidən hər bir kəsin çöhrəsində kinayəli bir təbəssümün yarandığını sezməmək mümkün deyildi. Əməkdaşları haqlı olaraq bir birlərinə aşağıdakı sualları verirdilər:

1.Doğrudanmı Akif Süleymanov Fəxri fərmanla təltif edilib?

2.Akif Süleymanov Fəxri fərmanla təltif edilibsə bu təqdimatı kim, hansı xidmətlərinə görə və hansı məqsədlə verib? 

3.Haqqında mənimsəmə faktı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış şəxslərə "Fəxri fərman” verilir?

4.Təhsil Naziri tərəfindən töhmət alanlara "Fəxri fərman” verilir?

5.Akif Süleymanov kimi məmurların təltifi üçün təqdimat vermək ölkə Prezidentini aldatmaq deyilmi?

6.Akif Süleymanov təltif edilməyibsə, Azərbaycan Prezidentinin adından danışmaqda Rəfael Maçanov və Nüşabə Hacıyeva hansı məqsədi güdürlər?

Atalar sözüdür: "Qul xətasız olmaz”. Hər bir insanın xətası ola bilər. Əgər insan xətasını anlayıb onu düzəltməyə cəhd edirsə təqdirə layiqdir. Lakin, insan xətasını dərk etmirsə və ya bunu özünün həyat tərzinə çeviribsə, deməli atalar demişkən "qozbeli qəbir düzəldər”. Akif Süleymanov nəinki əvvəlki cinayətkar əməllərindən peşman olub, əksinə, əvvəlki cinayətini yeni cinayətlə örtbasdır etməyə çalışır.Beləki, Akif Süleymanov dövlət büdcəsinə ödəməli olduğu 800.000 (səkkiz yüz min)manatı yenidən universitetin büdcəsini talamaq yolu ilə ödəmək fikrindədir.

Amma Akif Süleymanov dostuna "sədaqətinə” görə fəxri fərman almağa layiqdir. Çünki Akif müəllim onu rektor kürsüsünə gətirmiş dostu və tələbə yoldaşı, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun portretini iş otağında bu günədək Azərbaycan Prezidentinin portreti ilə yanaşı saxlayır. Əlbəttə dostunun şəklini saxlamaq A.Süleymanovun şəxsi işidir.Ancaq, Əli Abbasovun şəklini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portreti ilə yanaşı saxlaması yolverilməzdir. Əgər dostuna sədaqətini sübut etmək istəyirsə, onun portretini öz evində saxlasın.

Akif Süleymanov yəqinki Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqlərə verdiyi izahatındada həmişə çətinə düşəndə işlətdiyi -"xəbərim yoxdur”, "mənlik burda heçnə yoxdur”, "mənidə aldadıblar” və s. – sevimli sözlərini işlədib.Necə ola bilərki, universitetdə kimlərin adına və nə qədər artıq əmək haqqı yazıldığını xadimələr belə bildiyi halda rektorun xəbəri olmasın? Əgər, sadə əməkdaşlarda bilirsəki, müəssisə rəhbərinin imzası və möhürü olmadan bankdan bir qəpik belə çıxa bilməz, deməli Akif Süleymanov bu sözlərlə peşəkar hüquqşünasları aldada bilməyəcək”. 

Məktubda iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Redaksiyadan:Oxucuların diqqətinə çatdırmağı borc bilirik ki,eyni səpkili məktub bizdən öncə DİA.Az-da və bir neçə informasiya portalında da yayımlanıb.

Demokratik.Az

Oxşar xəbərlər