İlham Əliyev atasının məzarını ziyarət edib

  • 12 dek 2015, 11:17
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları, yaxınları dekabrın 12-də Fəxri xiyabana gələrək, Heydər Əliyevin məzarını ziyarət ediblər. 

 

Demokratik.Az xəbər verir ki, Prezident İlham Əliyev  mərhum prezident  Heydər Əliyevin məzarı önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səslənib. 

Sonra prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.

Heydər  Əliyevin  məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Oxşar xəbərlər