Demokratik TV
Xəbər lenti
Lənkəranda “Dəmir Yumruq” turniri keçirildi - FOTO
- 17 avq 2021, 11:28
14-15 avqust tarixlərində Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda Nazirlər Kabinetinin tələb və tövsiyələrinə uyğun şəkildə Gənclər və İdman Nazirliyi, Azərbaycan Məktəb İdmanları Federasiyası dəstəyi və Bakı Karate-do Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş “Dəmir Yumruq” l Açıq Respublika turniri keçirilib.
Oxu.Az-a verilən məlumata görə, yarışda ümumilikdə Bakı, Sumqayıt və 14-ə yaxın rayondan 20-ə yaxın komanda və 150 idmançı iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni ilə açılış elan edildikdən sonra Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə turnirlə bağlı çıxış edib.
Tədbirin təntənəli açılış mərasimi Lənkəran Gənclər İdman İdarəsinin rəis müavini Yusif Xamiyevin nitqi ilə davam edib, o, yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzu edib.
Məşhur “Nənələr qrupu” da öz mahnıları ilə tədbirə rəng qatıb. Daha sonra isə veteran karateçilər nümunəvi çıxış nümayiş etdirib.
Final döyüşləri zamanı 45 kq çəki dərəcəsində 13-14 yaşlı qızlar arasında kəmər uğrunda döyüşlər keçirilib. Bakı Karate-do Akademiyasının yetirməsi Jasmin Xəlilova rəqiblərini üstələyərək döyüş kəmərini qazanıb.
Sonda 35 yaş və çəki kateqoriyasında qalib və mükafatçılar Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif edilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Autizmli uşaq və gənclər arasında bocce yarışı keçirilib
Bakıda bədii gimnastika üzrə “AURA” Açıq Birinciliyi keçirilib
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
HADRUTDA "DƏMİR YUMRUQ" ABİDƏSİ UCALDILDI - FOTOLAR
Gənc professor prorektor təyin edildi
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Prezident İlham Əliyev Tofiq Heydərovu mükafatlandırdı
Nərimanovda bilik olimpiyadası keçirilib FOTOLAR
Mikayıl Cabbarov yeni vəzifə aldı - SƏRƏNCAM
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti