30 illik yolu 44 günə qət edən ORDU! Yaşa Azərbaycan Əsəri!

  • 26 iyun 2021, 11:28
“Bu gün Azərbaycan ordusu yüksək peşəkarlığı, döyüş qabiliyyətilə seçilir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız qalibiyyət də ordu quruculuğunda həyata keçirilən islahatların nəticəsi, hərbiçilərimizin yüksək vətənpərvərlik hissinin və Ordu-Xalq birliyinin göstəricisi idi”.
Bu fikirləri açıqlamasında millət vəkili Vüqar Bayramov səsləndirib. O bildirib ki, hazırda da silahlı qüvvələrin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar, hərbiçilərimizin peşəkarlığının artırılması yönündə həyata keçirilən təlimlər ordumuzun gücünü daha da artırmaqdadır.
Politoloq Zaur Məmmədov isə Silahlı Qüvvələr Günü münasibəti ilə bağlı fikirlərini belə ifadə edib: “Eşq olsun Azərbaycan xalqına. Xalqımız 44 günlük müharibədə təkcə erməniləri məğlub etmədi, biz bütün düşmənlərimizə dəmir yumruğumuzu göstərdik. Bundan sonra heç kim torpaqlarımızı ermənilərə verməyi düşünməyəcək”. /konkret.az/

Oxşar xəbərlər