Demokratik TV
Xəbər lenti
İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu
- 15 may 2021, 23:56
15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.
Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.
Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
ŞOK! Hərbçilərimiz qəzaya düşüb, qərargah rəisi ölüb
Yardımlıda İran sərhəddində döyüş: yaralılar var
Azərbaycanda xidməti avtomobildə narkotik vasitə daşınırmış - RƏSMİ
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Cəlilabad - İran sərhədində silahlı İNSİDENT - ELÇİN QULİYEV HADİSƏ YERİNƏ GETDİ
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Ramin Hacılı azadlığa çıxıb - FOTO
“Qarabağ” ordeni alan Əfqan Nağıyev Hadrut və Füzulidə döyüşüb
DSX erməni təxribatı barədə məlumat yaydı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti