Demokratik TV
Xəbər lenti
"Boz kardinal" işdən qovduğu direktora məhkəmədə uduzdu
- 15 apr 2021, 21:38
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub.
Bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib: “Bu gün Rəyasət Heyətinin iclasında məni öz vəzifəmə qaytarmağa səs verdilər. Rəyasət Heyətinin üzvlərinə təşəkkür edirəm. Qoy hər yerdə ədalət zəfər çalısın”.
Xatırladaq ki, martın 16-da Səbail Rayon Məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılmışdı.
Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar vermişdi.
Qeyd edək ki, 11 dekabr 2020-ci ildə keçirilən AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilmiş, onun yerinə akademik Qərib Məmmədov direktor v.i.e. təyin olunmuşdu.
Onu da xatırladaq ki, millət vəkili Etibar Əliyev parlamentin iclasında Əlövsət Quliyevin işdən azad edilməsinin qanunsuz olduğunu bildirmiş və buna görə AMEA rəhbərliyini kəskin tənqid etmişdi.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ramiz Mehdiyev ağ xalatda - baş onkoloq AMEA-ya gəldi və...
Ramiz Mehdiyev biçə-biçə gedir - iki direktoru işdən ÇIXARDI
AMEA işçiləri bağ-bostan əkəcəklər
Misir Mərdanov direktor seçildi
AMEA-nın prezidenti yenə Akif Əlizadə seçildi
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
Əli Abbasova müşavir vəzifəsi verildi
Nərgiz Paşayeva vitse-prezident seçildi
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti