Zakir Həsənov Qarabağa niyə getmir, malikanəsində dincəlir

  • 01 yan 2021, 18:27
Müdafiə naziri Zakir Həsənov malikanəsində dincəlməyə davam edir. 
Bir nazir düşünün 10 noyabrda imzalanan sazişdən bu günə kimi hələdə işğaldan azad olunan ərazilərə ayaq basmayıb. Zakir Həsənov bir neçə gün əvvəl azad edilmiş ərazilərimizdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılırması üçün 
alınmış səyyar obyektlərə baxış keçirib. 
Müdafiə naziri alınmış səyyar obyektlərə Bakıda malikanəsinin yanında yerləşən N saylı hərbi hissədə baxıb. Cənab nazir niyə azad olunan ərazilərə getmirsiniz? Məgər çoxmu çətindir?
Durun o kreslodan. Gedin orduyla yaxından tanış olun. Azad olunmuş ərazilərdə əsgərlərlə, hərbçilərlə görüşün, problemlərini dinləyin. Soruşun onlara nə lazımdır, nəyə ehtiyacları var. Xəstəlikdən əsgərlərimiz pis gündədir. Orduda dərman yoxdur ay qardaş. Belə şey olarmı?! Gedin də cənab nazir Şuşaya gedin. Yaxından baxın. Görün alınmış səyyar obyektlər işğaldan azad olunan ərazilərə çatıbmı?! 
Döyüş zamanı qaçıb gizlənib, medal təqdimatını verəndə öndə dayanan komandirlərdən soruşun. Niyə əsgəri öz
şəxsi maraqları naminə işlədirlər? Niyə də?!
Bir müdafiə naziri olaraq budurmu göstərdiyiniz diqqət?!
Aslan Həmidli
Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi

Oxşar xəbərlər