Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib
Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib
- 09 noy 2020, 21:49
Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumat görə, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub.
Hadisə ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən vurğulanıb ki, vertolyot bilavasitə Dağlıq Qarabağ münaqişəsinin zonasında aktiv döyüş əməliyyatlarının davam etdiyi Ermənistan-Azərbaycan dövlət sərhədinə yaxın uçuş keçirib. Uçuş günün qaranlıq saatlarında, aşağı hündürlükdə, Hava Hücumundan Müdafiə qüvvələrinin radarının aşkar etmə zonasından kənarda keçirilib.
Əvvəl bu ərazidə Rusiya Federasiyasının Hərbi Hava Qüvvələrinin helikopterləri qeydə alınmayıb.
Bu faktorlar kontekstində və bölgədəki gərgin vəziyyət, Ermənistan tərəfinin mümkün təxribatları ilə əlaqədar olaraq döyüş hazırlığının artması fonunda növbətçi döyüş heyəti atəş açmağa qərar verib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Qırıcı və helikopterlər bu gün döyüşə girməyib - MN
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
İsrail səfiri Rusiya XİN-ə çağırılıb
Sabaha PARAD AÇIQLAMASI - texnika, təyyarələr
Ceyhun Bayramovla Sergey Lavrov telefonda danışıb
Bu gündən Azərbaycanda Türkiyə ilə birgə hərbi təlimlər başlayır
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib - VİDEO
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti