Demokratik TV
Xəbər lenti
Azad edilən Madagiz: Nə vaxt işğal edilmişdi? - Foto
- 03 okt 2020, 20:42
Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Madagiz (Suqovuşan) kəndi Azərbaycan Respublikası Tərtər rayonunun kəndlərindən biridir.
Demokratik.Az xəbər verir ki, Madagiz əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub.
1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürülüb. Madagiz kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Madagiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib.
Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Ermənilər Madagizi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.
Qeyd edək ki, Madagiz bu gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib. Daha sonra Ali Baş Komandan 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Bugün Kəlbəcərin işğalından 27 il keçir
Düşmən atəşkəs rejimini 24 dəfə pozdu
Ermənilər rayonlarımızı atəşə tutdu
Düşmən cəbhədə fəallaşıb - atəşkəsi 97 dəfə pozub
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Madagizdəki yüksəkliklər düşməndən azad edildi - Rəsmi
CƏBHƏDƏN XƏBƏR! Atəşkəs 24 dəfə pozulub
Cəbhə xəttində döyüşlər davam edib: erməni hərbçi yaralanıb
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti