Demokratik TV
Xəbər lenti
Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - Rəsmi qərar
- 02 mart 2020, 17:21
Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.mKoronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
Oqtay Şirəliyev qrip infeksiyası ilə bağlı əmr verdi
Müəllimlərin işə qəbulu başlayır
Bəzi ixtisaslara qəbul müsabiqədən kənar ola bilər
Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı
Aqrar Universitetdə strateji yol xəritəsi: Məqsədlər və hədəflər
Azərbaycanda yeni dərs ili başlayıb
Qafqaz Universiteti ilə bağlı hansı qərar verildi?
Bugün Azərbaycanda "Bilik Günü"dür
Bu tələbələr təhsilhaqqından azaddır - RƏSMİ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti