Rəsul Quliyev əhalini etiraza çağırdı

  • 10 yan 2016, 22:30
"Bugünkü Nazirlər Kabinetinin iclası heç bir islahat gözlənilmədiyini çılpaqlığı ilə ortaya qoydu. İclas Komunist Partiyası bürosunun keçmişdə keçirdiyi iclasların təkrarı idi”. 
 
Demokratik.Az xəbər verir ki, bunu Azərbaycan Parlamentinin keçmiş sədri Rəsul Quliyev deyib. R.Quliyev qeyd edib ki, iqtisadiyyatın amiranəlik metodu ilə idarə ediləcəyinə, bu istiqamətdə icra başçıları və nazirlərə verilən şüar tipli tapşırıqlar ölkədə vəziyyətin dahada ağırlaşacağından xəbər verir:
 
"2015-ci ildə Gürcüstandan 50 faiz, Ermənistandan 30 faiz aşağı olan təqaüd 2016-cı ilin əvvəlində daha bir 20 faiz aşağı düşdü. Çox maraqlıdır , istənilən ölkədə devalivasiyadan öncə pensiyanın artırılması proqramı hazırlanır və devalyasiya ilə ya paralel, ya da bir neçə gün ərzində həyata keçirilir. Bir çox vaxt ümumiyyətlə pensiyanın indeksasiya edilməsi avtomatik , yəni devalivasiyaya uyğun avtomatik qaldırılır. Bizdə isə pensiyaların artırılması haqqında 2016-cı ildə təkliflərin hazırlanması tapşırığı verilir. Görəsən bu təkliflər ortaya çıxa biləcək? Çünki manatın devalivasiyası hər gün azalmaq üzrə davam edir. Bu gedişlə hökumət hər gün pensiyalar üçün yeni proqram təklif etməlidir, ya da manatın dibə dəyməsini, yəni 10 manat – 1 dollar olmasını gözləməlidir. Əgər ölkədə istehsal edilən məhsul alıcıların tələbatından azdırsa, onun qiymətini süni yolla saxlamaq mümkün olmayacaq, artacaq, balans yaranana qədər. Əks halda qıtlıq olacaq, saatlarla növbədə durmalar və təbii qara bazarlar yaranacaq. Bu elementar anlayışları anlamayanlar necə islahat edə bilərlər? "Ölkədə istehsal edilən məhsulların qiyməti qalxmamalıdır” iddiasına düşənlər, olan-qalan məhsul istehsalını da məhv edəcəklərindən qorxmurlar? Məgər bu insanlar istehsalın artmasının stimulunun istehsalçının qazancı olduğunu başa düşmürlər? Qiymətlərin aşağı salınmasına nail olmaq üçün məgər istehsalçını onlardan alınan çoxsaylı rüşvətlərdən xilas edə biliblərmi? Bu rüşvətlərin artıq manatın yeni kursu ilə alındığından xəbərsizdirlərmi? İstehsalçının məhsul istehsal etməsi üçün alınan xammal, texnika, enerjinin qiymətlərinin artdıqlarını bilmirlərmi? Məgər istehsalçının hökümətin yaratdığı manopolistlərdən asılı olduğunu, özünün bazara malını çıxarmaq şansının olmadığı özləri yaratmayıblar? Azərbaycanlılar nəsə bir möcüzə yaranacağına və vəziyyətin öz özündən düzələcəyinə inanmamalıdırlar. Passiv də olsa hökümətin qulağına cata biləcək etirazlarını bildirməlidirlər”. 
 
Mənsur
Oxşar xəbərlər