"RİATV" xəbər agentliyi yeni sayt formatında fəaliyyətə başladı

  • 01 iyun 2020, 10:01
"RİATV" xəbər agentliyi yeni sayt formatında, "riatv.az" milli domeni adı altında fəaliyyətə başlayıb.

Son illərdə internet portalları arasında öz dəsti-xətti ilə seçilməyi qarşısına məqsəd qoyan, əsasən özünün xəbər siyasətində Azərbaycanın regionlarını əhatə etməyə çalışan xəbər agentliyinin rəhbəri Elxan Əhmədov (Levbəyi) gələcək fəaliyyətləri barədə "Demokratik.Az"-a qısa açıqlama verib.
Sayt rəhbərinin bildirdiyinə görə, 4 illik fəaliyyətlərində Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən hadisələri oxucuların diqqətinə çatıdırmağa çalışıblar. Əsas diqqəti isə regionlarda baş verən hadisələrə, rayonların iqtisadi-sosial inkişafına yönəldiblər.
Elxan Əhmədovun sözlərinə görə, "Regional İnformasiya Agentliyi"nin əsas qayəsi qərəzsizlik və operativliyin təmin edilməsi olub. Yeni fəaliyyət istiqamətlərində də xəbər ötürücülüyündə birinciliyə sahiblənməkdir. Sayt rəhbəri ölkənin ayrı-ayrı bölgələrində müxbir məntələrinin formalaşdırılması prosesinin getdiyini deyir.
Baş ofisi Bakıda olan sayt artıq Tovuzda, Yevlaxda, Gəncədə, Quba və Kürdəmirdə, eləcə də Lənkəranda və Şirvanda bölgə təmsilçiliklərinin hansı ünvanlarda olacağı yəqinləşib bitmək üzrədir.
Elxan Əhmədov maliyyə çətinliklərini də yada salaraq bildirib ki, sayt kifayət qədər maliyyə resurslarına sahib olmaq üçün onlayn reklam bazarına da baş vuracaq. Maddi imkanlar yol verərsə, "Regional İnformasiya Agentliyi" özəl layihələrilə gələcəkdə ölkənin media cameəsində ən populyar xəbər resursu olmağa çalışacaqdır. 
Sayt rəhbəri ölkədəki media azadlığına olan məmnunluğunu da gizlətməyib. Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasi kursu dəstəklədiyini qeyd edib.
Ən əsası, biz də inanırıq ki, "riatv.az" saytı əsas fəaliyyətini dəqiqlik və qərəzsizlik prinsipi üzərində quracaq.
Adıçəkilən xəbər saytının rəhbəri bütün dövlət qurumlarını, qeyri-kökumət təşkilatlarını, azad fikirli jurnalistləri, müstəqil media orqanlarını və bütün vətəndaşları əməkdaşlığa çağırır.
"Riatv.az" saytı - XOŞ GƏLDİN!
Demokratik.Az
Oxşar xəbərlər