Tuba Büyüküstün ərindən boşanır

  • 31 yan 2017, 14:34
Tez-tez ayrılacaqları barədə xəbərlər yayılan, Türkiyənin məşhur cütlüyü Tuba Büyüküstün və Onur Saylak boşanır. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük artıq boşanmaq üçün vəkillərinə vəkalət verib. Hər zaman biri fəaliyyət göstərib, digəri uşaqlarına vaxt ayıran Tuba ilə Onurun münasibətləri hər ikisinə önəmli serial təklifi gəldikdən sonra pozulub. "Cəsur və gözəl" serialında baş rolu canlandıran Tuba Büyüküstün ilə "Vətənim sənsən”də rol alan Onur Saylak aralarında yaşanan problemi həll edə bilmədiyi üçün boşanmağa qərar verib. 

Qeyd edək ki, 2011-ci ildə Parisdə ailə quran cütlüyün Torpaq və Maya adında 5 yaşlı əkiz qızları var. 

Könül 
Musavat.com
Oxşar xəbərlər