Doğuş Ərdoğanla görüşdü-albomunu hədiyyə etdi

  • 17 yan 2016, 22:51

Türkiyəli müğənni Doğuş prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, pop-musiqiçi görüş zamanı Ərdoğana "Aklında bulunsun” adlı yeni albomunu təqdim edib.

Prezident albomu diqqətlə incələyərək "Albomun xeyirli-uğurlu olsun. Buna qulaq asacağam, yolun açıq olsun” deyərək təbrik edib.

Doğuş daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ərdoğana uzun illərdir ki, rəğbət bəsləyir: "Cənab prezidentimizi o bələdiyyə sədri işlədiyi zamandan tanıyıram. 1997-ci ildə keçirilən marafon yürüşündə mənə medal təqdim etmişdi. Yəni ki, onu qəlbən və çox uzun zamandır dəstəkləyirəm. Onu çox sevirəm. O da təbii ki, kimin onu nə qədər çox sevdiyinin və nə üçün yanında olduğunun fərqindədir. O dünya lideridir, bizim hər şeyimizdir. Rəbbim ona can sağlığı və uğurlarının davamını nəsib etsin”.

Doğuş onu da qeyd edib ki, Ərdoğana yeni albomunda mahnı həsr edib: "Cənab prezident Qaradənizli olduğu üçün ona da Qaradəniz türküsü yazdım. Çox sakit mahnıdır”.

Qeyd edək ki, Doğuş azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə ailəlidir.

 

Demokratik.Az

Oxşar xəbərlər