Xəbər lenti
Bütün xəbərlər

Roza Zərgərli Qazaxıstanda mükafat aldı

  • 21 dek 2019, 15:19

Müğənni Roza Zərgərli Qazaxıstanın illik reytinq dəyərləndirilməsi olan "Qazax Music Awards" mükafatına layiq görülüb.

Musavat.com xəbər verir ki, türk dövlətlərinin qatılacağı mərasim dekabrın 22-də "Almaty Arena"da keçiriləcək.

Qazaxıstanın milli mükafatlandırma gecəsində Roza Zərgərli özü də iştirak edəcək. O, mükafatını almaq üçün bu günlərdə yola düşəcək. Tədbirdə maraqlı şoular, iştirakçıların çıxışları yer alacaq.

Mərasimin aparıcılığını Qazaxıstanın əməkdar artisti Tamara Asar, aparıcı Aygün Mukey, aktyor-aparıcı Alişer Aset, aparıcı Baurcan Satov edəcəklər.

Oxşar xəbərlər