Müsavatın jurnalistləri ailə həyatı qurdu - FOTO

  • 09 apr 2016, 22:00
Bu gün Yeni Müsavat kollektivinin 2 əməkdaşı Məhəmməd Türkmən və Könül İbrahim ailə həyatı qurur. 

Əslində, ölkədə toy havası yoxdur, şəhidlərimiz var, bilirsiniz. Elə gənclər də aylar öncə təyin etdikləri toy gününü dəyişmək istədilər, ancaq qəzetimizin baş redaktoru Rauf Arifoğlu onlara tövsiyə etdi ki, işğalçı düşmənlərə görə xeyir işlərimizi təxirə salmamalıyıq, elə bu günlərdə toy etmək də mübarizənin bir formasıdır. Necə deyərlər, xeyirlə şər əkizdir, hər ikisi əzizdir.
 
Ona görə də bu gün toy büsatı quruldu və redaksiya rəhbərliyi toyda iştirak edərək gənclərə ailə səadəti arzu etdilər. 


Musavat.com







Oxşar xəbərlər