Leyla Əliyeva Hacı Nuranla görüşdü - FOTO

  • 30 mart 2016, 22:05

Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyeva Xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış teleaparıcı Hacı Nuranla görüşüb. 

Demokratik.Az xəbər verir ki, bu barədə aparıcı özü məlumat yayıb. O H.Əliyev Fondunda baş tutan görüşlə bağlı fikirlərini bölüşüb: "Mən bu dəqiqə müalicəmi təşkil edən, ən çətin anlarda mənə dəstək verən çox sevdiyim Leyla xanımla görüşdüm. Onun məni isti qarşılaması, mənimlə maraqlanması, sağlamlığıma diqqətini görəndən sonra necə yaşamaq istəməyim. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Hər şeyə görə çox sağ olun, Leyla xanım".


 Demokratik.Az
 
Oxşar xəbərlər