Bu ölkəyə tarixində ilk dəfə qar yağıb

  • 29 yan 2016, 23:18
Daha əvvəl heç vaxt qar yağmayan Küveytə ölkə tarixində ilk dəfə qar yağıb.

Məlumata görə, ölkədə istiliyin dərəcəsi azalıb və az miqdarda qar yağıb.

Xəbərə əsasən, Küveytdə yayda 50 dərəcə, qışda isə 20 dərəcə istilik olur. Lakin qar yağmasından sonra bu göstərici 3 dərəcəyə qədər aşağı düşüb.

Kuveyt sakinlərindən biri "Babamdan soruşdum və mənə indiyə kimi heç vaxt qar görmədiyini söylədi. Hər kəs çox təəccüblənib” deyə bildirib.