Narkobaron Pablo Escobarın itmiş xəzinəsi tapıldı

  • 11 noy 2015, 00:08

65 yaşlı bağban dövrünün ən tanınmış narkobaronu və dünyanın ən zənginlərindən olan  kolumbiyalı Pablo Escobara məxsus sərvəti tapıb. Bağban Jose Mariena Cartolos, işlədiyi villanın bağçasını qazarkən, vedrələrə doldurulmuş 600 milyon dollarla  qarşılaşıb. 65 yaşlı bağban, dərhal bu haqda polisə xəbər verib.
1949-cu il müəllim ailəsində dünyaya gələn Pablo Escobar, qısa müddətdə dünyanın ən zəngin adamlarından birinə çevrilməyi bacarıb. Escobarın ən güclü və zəngin dövrü 80-ci illərə təsadüf edir. Hətta 1989-ci ildə Escobar, "Forbes” jurnalının ən zənginləri siyahısında 7-ci sırada yer almağı da bacarıb.
Escobar doğum günündən bir gün sonra, 2 dekabr, 1993-cü ildə öldürülüb. Escobarın sərvətinin təxminən 30 milyard dollar olduğu güman edilir. Ancaq məşhur narkobaronun milyardlarla dollarının harada olduğu hələ də bilinmir.

Xatırladaq ki, xəzinəni aşkarlayan bağbana polis tərəfindən bir milyon dollar mükafat verilib.