"Xaç Atası” Eldar Mahmudov o filimin çəkilişlərindən əvvəl İbad Hüseynovu şərləyərək həbs etməyə çalışıb.

  • 08 noy 2015, 12:48

Demokratik.Az xəbər verir ki, bir neç  gün öncə ölkə mətbuatında "Azərbaycan Bayrağı Orden”li Qarabağ müharibəsinin qəhramanı İbad Hüseynova qarşı bir qaralama kampaniyasına start verilib. Bəzi şəxslər İbad Hüseynovun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin üstündən xətt çəkməyə,onun ASALA terror təşkilatının əsas liderlərindən olan,Qarabağda azərbaycanlılara qarşı olmazın işgəncələrini vermiş, beynəlxalq terrorçu, AVO ləqəbli Monte Melkonyanın başının kəsmədiyi haqqında yalan dolu xəbərlər yaymağa başladılar. Maraqlıdır ki,hətta İbadla bağlı çəkilən filimlərin ölkə prezidenti İlham Əliyev tərəfindən MTN postundan uzaqladırılan Eldar Mahmudov tərəfindən sifariş edildiyi belə iddia edildi.

Vətəninfo.az-ın bu istiqamətdə apardığı araşdırma isə başqa bir mətləbin üstünü açdı.

Apardığəmız araşdırma zamanı bəlli oldu ki, korrupsioner,rüşvətxor, ölkə prezidentinin ona olan ehtimadından istifadə edərək ölkənin milli təhlükəsizlik sistemini reketçiliyə çevrmiş Eldar Mahmudov nəyin ki, İbad Hüseynov haqqında filimin çəklişinə dəstək olub,əksinə Eldar Mahmudov məsh qəhramanla bağlı filimin çəkilməsinin qarşısını almaq üçün, İbad Hüseynovu gözdən salma,qaralama kampaniyasına birbaşa rəhbərlik edib.

Araşdırmamız zamanı o da bəlli oldu ki, hətta rüşvətxor,rektekçiliyin "Xaç Atası” Eldar Mahmudov  o filimin çəkilişlərindən əvvəl İbad Hüseynovu şərləyərək həbs etməyə çalışıb.

Özü də elə bir gülünc iddia ilə ki,bu iddia sadəcə olaraq Eldar Mahmudov kimi rüşvətxor,rektetçi birinə yaraşardı.

Araşdırmamız zamanı əldə etdiyimiz məlumata görə, Eldar Mahmudov İbad Hüseynovu saxta diplom əldə etməkdə ittiham etmək istəyib.Adını da İbad Hüseynovun gecə məktəbində oxumadığını,məktəbdən verilən diplomun saxta olduğunu göstərmək istəyib.

Ancaq araşdırmamız zamanı onu da əldə etdik ki, MTN-də insaflı,peşəsinə sədaqətli,əsil vətənpərvər olan bəzi şəxslər Eldar Mahmudovun çetesinin belə bir işə qalxışdığından xəbərdar olurlar və müvafiq yuxarı dairlərə məlumat verilir.Bundan sonra İbad Hüseynovun başı üzərindəki qara buludlar sovuşur.

Ancaq planının deşifrə olunduğun görən Eldar Mahmudovun sifarişi ilə iddialara görə İbad Hüseynovun əleyhinə müəyyən adamlar tapılmaqla başqa bir filim çəkilir və bu filimdə beynəlxalq terrorçu AVO ləqəbli Monte Melkonyanı başqalarının öldürdüyü,İbad Hüseynovun bu hadisəni adına çıxdığı həmin filimdə göstərilməyə başlanılır. Yəni bir növ Eldar Mahmudov "Əsgər”filiminə qarşı təxribat dolu filimin çəkilişinə nail olur.

Redaksiyadan:

Biz apardığımız araşdırma zamanı nail olduğumuz bu ilginc məlumatla bağlı İbad Hüseynovla da əlaqə saxladıq. Azərbaycan qəhramanı belə bir araşdırma apardığımızı eşitdikdə Allah şahiddir ki, ilk sözü bu oldu "Siz bu məlumata necə nail oldunuz.Mən bunu açıb-ağartmaq istəmirdim”. İndi yəqin ki, dəyərli oxucu nəyin doğru-nəyin yalan olduğun özü müəyyən edər.

Demokratik.Az

Oxşar xəbərlər