SÜD VƏ XƏRÇƏNG - Bunların əlaqəsi varmış!

  • 14 iyun 2020, 12:05
Süd istehlakı qadınlarda süd vəzinin yüksək xərçəng riski ilə əlaqəlidir. Belə gözlənilməz nəticəyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Lom Linda adına sağlamlıq universitetinin alimləri gəliblər.
Bu barədə «MedikalXpress» nəşrinin dərc etdiyi relizdə xəbər verilir.
Ekspertlər 53 min sağlam qadının məlumatlarını öyrəniblər, o cümlədən, qidalanma rasionu, ziyanlı adətlər, fiziki aktivlik, hormonal və digər dərmanların qəbulu, xərçənglə xəstələnmənin ailə tarixcəsi tədqiqat obyekti olub.
Nəticədə, alimlər 1057 halda döş şişinin inkişafını qeydə alıblar - bu zaman süd məhsullarından tez-tez istifadə olunması ilə şişlərin inkişaf riski arasında əlaqə üzə çıxıb.
Alimlər istisna etmirlər ki, bu əlaqənin olması mağazalardan alınmış süddə cinsi hormonların iştirakı ilə bağlıdır. Həmin hormonlar da şişlərin inkişafına kömək edir.
Oxşar xəbərlər