Yeni "iPhone"un buraxılışı ləngiyəcək

  • 05 iyun 2020, 23:28
Müştəriləri "Apple" və digər böyük şirkətlər olan "Broadcom" çip istehsalçısı şirkəti yeni "iPhone"un bazara çıxışının ləngiyəcəyini bildirib.
BAKU.WS-in verdiyi məlumata görə, "Broadcom" şirkətinin rəhbəri Hok Tan "Şimali Amerikanın əsas smartfon istehsalçısının" vacib məhsulunun istehsal dövrünün ləngiyəcəyini qeyd edib. Bu səbəbdən "Broadcom"un gəliri cari ilin III rübündə azalsa da, IV rübdən etibarən artacağı gözlənilir. Bu, həm də yeni "iPhone"ların "Apple"ın ənənəvi payız təqdimatına hazır olmayacağı deməkdir.
Yeni smartfonların anonsu baş tuta bilər, lakin onların tədarükü həmişəkindən daha gec başlayacaq. "Bloomberg News"un yaydığı məlumata görə "Apple" yeni "iPhone"ların ənənəvi vaxtdan bir neçə həftə sonra satışa çıxarmağı planlaşdırır.
Oxşar xəbərlər