"Avtoşluq" edən məmur oğlu 20 sutka həbs edildi – VİDEO

  • 22 may 2016, 10:36

Nazirlikdə işləyən atasına güvənib avtuxuliqanlıq edən, yol polislərinin həyatına təhlükə yaradan və yalnız yaradılmış süni tıxacla saxlanılan gənc oğlan indi bu əməlinə görə, 20 gün azadlıqdan məhrum ediləcək. Modern.az saytı xəbər verir ki, saxlanılan zaman sərxoş olan sürücünün ayılmağa kifayət qədər vaxtı var.   

ANS TV-nin yaydığı görüntülərin dırnaq arası qəhrəmanı Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Nurpaşa oğlu Abdullayevdir. 23 yaşlı gənc təhsildəki uğurları ilə deyil, yollarda qəza şəraiti yaratmaqla gündəmə gəlib. Oxuduğu tədris müəssəsində sonuncu kurs tələbəsi olan Nicatın kirayəyə götürdüyü "Kia” markalı avtomobilini yol hərəkəti qaydalarına zidd idarə edərkən onu saxlamaq istəyən Dövlət Yol Polisi xeyli əziyyət çəkməli olub.

Avtoxuliqanlıq edən sürücünü təqribən 1 saat ərzində paytaxtın 10 küçəsində 8 dovlət yol polisi avtomobili və 20-ə yaxın yol polisi əməkdaşı təqib edib. Paytaxt polisini bir-birinə vuran sürücü sonda yaradılan süni tıxac vasitəsi ilə saxlanılıb. Nərimanov rayon 16-cı polis bölməsinə gətirilən gəncin üstəlik sərxoş olduğu üzə çıxıb.

Dövlət Yol Polisi əməkdaşlarının apardıqları araşdırma nəticəsində məlum olub ki, Nicat bundan öncə də analoji qanun pozuntularına görə məsuliyyətə cəlb olunub. Onun qəhərmanlığı avtoşluqla da bitməyib. Nəqliyyat vasitəsini ona saxla əmri verən yol patrul xidməti əməkdaşının üzərinə də sürüb. Hər halda, görüntülərdə də bu anlaşılır.

"Sərxoş vəziyyətdə avtomobil idarə edərkən kimi nsə həyatına son qoya biləcəyinizdən ehtiyat etmədinizmi” sualımıza isə Nicat Abdullayevin cavabı elə avtoxulinanlıq edənə layiq oldu: "Yaratmışıq, cəzamızı çəkirik, burda nə var ki?"   

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən onu da bilidirdilər ki, bütün bu pozuntularla yanaşı Nicat Abdullayevin Almaniyada iki dəfə bahalı avatomobili aşırdığı üzə çıxıb. Artıq onun barəsində inzibati xətalar məcəlləsinə əsasən 20 sutka həps qətimkan tədbiri seçilib.

Dövlət yol polisinin ictimaiətlə əlaqlər şöbəsinin rəisi Vaqif Əsədov belə sürücülərə qarşı müvafiq tədbirlərin görüldüyünü deyir: "Bu günə kimi Bakı şəhərində 175-dən artıq avtoxuliqanlıq edən sürüjü saxlanılıb".    

Vaqif Əsədov onu da bildirdi ki, Nicat ilin əvvəlindən bugünə kimi  2 dəfə  avtoxuliqanlıq və iki dəfə ictimai asayişi pozduğuna görə 100 gün  azadlıqdan məhrum edilib. Artıq 2-ci dəfə avtoxuliqanlıq etdiyi üçün məsuliyyətə cəlb olunan Nicat yəqin ki bundan sonra bacarıqlarını təhsildəki uğurları üçün sərf edəcək. Əks halda, növbəti dəfə artıq 20 sutka qanunla illərə bərabər olacaq.

Onu da qeyd edək ki, Nicat Nurpaşa oğlu Abdullayevin atasının yüksək vəzifəli məmur olduğu deyilir.

 

Demokratik.Az

Oxşar xəbərlər