İntiqam Əliyev artıq azadlıqda

  • 28 mart 2016, 19:03
Bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib.

 Ali Məhkəmə İntiqam Əliyevin 5 il müddətinə şərti cəza ilə azadlığa buraxılması barədə qərar çıxarıb. Vəkil Cavad Cavadov İntiqam Əliyevin qərardan dərhal sonra,yaxın saatlarda təcridxanadan azadlığa buraxılacağını bildirmişdi.Demokratik.Az-ın məlumatına görə,İntiqam Əliyev artıq sərbəst buraxılıb.
 
Demokratik.Az
Oxşar xəbərlər