750 minlik dələduzluq

  • 26 mart 2016, 14:07
Bakı sakininə qarşı 750 min manatlıq dələduzluq edilib.
 
59 yaşlı Həsənağa Qasım hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2011-ci ilin aprel ayında Bakı şəhər sakini Barat Abdullayev onun etibarından sui-istifadə edərək 750 000 manat pulunu alıb, lakin indiyədək qaytarmayıb. Ötən 5 il müddətində pulunu ala bilmədiyini görən vətəndaş B.Abdullayevdən şikayət edib.
 
Faktla bağlı araşdırma aparılır.

Report
Oxşar xəbərlər