Bakıda məhkum tapança hazırlayıb

  • 26 fev 2016, 20:36
Bakıda məhkum kustar üsulla tapança hazırlayıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə Müəssisəsində cəza çəkən 1989-cu il təvəllüdlü Ramil Məmmədov Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda basdırdığı, kustar üsulla hazırladığı tapançanı könüllü olaraq çıxararaq müəssisəyə təhvil verib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.
Oxşar xəbərlər