Türkiyədə azərbaycanlı qadın zorlandı-yoxsa ???

  • 23 okt 2015, 22:40

"Pula görə narahat olmayın”.

Türkiyənin Samsun vilayətində 5 gün əvvəl Azərbaycandan bu ölkəyə müalicə üçün gələn A.C. adlı qadın zorlanıb.

Gənc qadın Samsunun İlkadım şəhərində Cümhuriyyət meydanında B.A.-nın idarə etdiyi taksini saxlayaraq, otelə getmək istədiyini və gedişhaqqının nə qədər olacağını soruşub.

Taksi sürücüsü "pula görə narahat olmayın” deyib, qadını maşına mindirib. Buradan A.C.-ni şəhərin Kadifekale məhəlləsindəki boş evə aparan B.A. onu zorlayıb.

Daha sonra B.A. öz dostu M.S.-i həmin evə çağırıb və burada azərbaycanlı qadını 2 gün zorlayıblar.

Şübhəli şəxslər dünən qadını taksi ilə otellərdən birinin qarşısında qoyaraq, qaçıblar.

Türkiyə polisi A.C.-nin şikayəti əsasında həmin şəxsləri saxlayıb. Hazırda polis iş üzrə araşdırma aparır.

Demokratik.Az