General Rövşən Əkbərovun həbs xəbəri təsdiqləndi

  • 16 mart 2021, 01:13
General-leytenant Rövşən Əkbərovun həbs xəbəri təsdiqlənib.
Rəsmi mənbələrə yaxınlığı ilə seçilən bir sıra xəbər saytları generalın barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçildiyini də tirajlayıb.
Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.
Generalın adı yerli media manşetlərində dəfələrlə hərbi cinayətlərdə və bir sıra korrupsiya olaylarında hallanıb. 44 günlük VƏTƏN SAVAŞI boyunca da onun adı ətrafında böyük qalmaqallar dolaşırdı...
Demokratik.Az
Oxşar xəbərlər