Azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar tələb etdilər (FOTO)

  • 27 sen 2019, 15:07
Türkiyədə azərbaycanlı iş adamını şantaj edərək 1 milyon dollar tələb ediblər.
Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, sertyabrın 23-də polisə müraciət edən azərbaycanlı iş adamı N.N təxminən 5 aydır yanında çalışan bir nəfər tərəfindən şantaja məruz qaldığını bildirib. "Yanımda çalışan Özgür K.nın həyat yoldaşının telefonundan mənə zəng gəldi. Zəng edən şəxs uyğunsuz görüntülərimin olduğunu, əgər bir milyon dollar verməsəm bunları sosial media vasitəsi ilə yayacaqlarını, ailəmə göstərəcəklərini bildirdilər. Hətta yazdıqları xəbər mətnini Azərbaycan mətbuatına da verəcəklərini bildirdilər" deyə iş adamı bildirib.
Polis dərhal araşdırmaya başlayıb, iş adamını şantaj edən şəxslər Ərzurumda tapılıb. Ərzurum Polis İdarəsi ilə birlikdə keçirilən əməliyyat zamanı Özgür K. və həyat yoldaşı Ersin K. saxlanılıb.
İstanbula gətirilən şübhəlilərdən Özgür K.-nın müdirinin ona borcu olduğunu və bu pulu almaq istədiyini bildirib. Araşdırma nəticəsində ər-arvadın Gürcüstana qaçmaqla bağlı plan qurduqları müəyyənləşib.
Oxşar xəbərlər