Ekvadorda yol qəzasında 9 nəfər ölüb

  • 13 may 2019, 16:19

Ekvadorda avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hadisə dünən ölkənin şimalındakı Karçi vilayətində meydana gəlib. Yaralılar xəstəxanaya çatdırılıblar, onlardan birinin vəziyyəti kritikdir.

KİV-in məlumatına görə, avtobusda Ekvador, Venesuela və Kolumbiya vətəndaşları olub. İlkin məlumatlara görə, avtobusun sürücüsü hadisə yerindən qaçıb.

Oxşar xəbərlər