Xəbər lenti
Bütün xəbərlər

Şağanda avtomobil 64 yaşlı piyadanı vurub

  • 02 yan 2019, 11:32

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, ötən gecə saat 23:30 radələrində Şağan qəsəbəsində avtomobil yaşlı kişini vurub. Hadisə nəticəsində xəsarət alan piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Trend-ə bildiriblər ki, xəsarət alan şəxs 1955-ci il təvəllüdlü Natiq Kamil oğlu Məmmədovdur.

Qeyd olunub ki, bədəninin müxtəlif nahiyələri əzilsə də, həyatı üçün heç bir təhlükə yoxdur və müayinədən sonra evə buraxılıb.

Oxşar xəbərlər