Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb

  • 18 noy 2018, 01:16

Xəbər verdiyimiz kimi, Milli Şuranın adı ilə sanksiyasız aksiya keçirdən bir qrup şəxs polis tərəfindən saxlanılıb. Onların arasında Əli Kərimli və Cəmil Həsənli də var.

Musavat.com xəbər verir ki, gecənin irəliləyən saatlarında Cəmil Həsənli sərbəst buraxılıb. O da dərhal sosial şəbəkədə canlı yayıma çıxıb və baş verənlər haqda danışıb.

Musavat.com -un müxbiri onun çıxışını dinləyib. Cəmil Həsənli deyib ki, saxlananlara və Əli Kərimliyə işgəncə verilməsi iddiaları yalandır: "Bizimlə nəzakətlə rəftar olunurdu və heç bir zorakılıq olmadı". Cəmil Həsənli guya onun səhhətinin pisləşməsi dedi -qodularına da aydınlıq gətirib: " Mənim səhhətim yaxşıdır, mənə heç bir təcili yardım göstərilmədi. Bəlkə polis idarəsindəki başqalarına gəlib, amma bizə təcili yardım gəlməyib".

O, AXCP sədrinin hələ də Səbael Rayon Rayon Polis İdarəsində saxlanıldığını təsdiqləyib.

Demokratik.Az bildirir ki, yayılan son məlumata görə, AXCP sədri məhkəməyə aparılıb. Məlumata görə, Əli Kərimli və AXCP fəallarından 7-si barədə İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsilə protokol tərtib edilib və onların bu dəqiqələrdə məhkəmə qarşısına çıxarılacaqları deyilir...

Demokratik.Az

Oxşar xəbərlər