Gürcüstanda zəlzələ olub

  • 08 may 2018, 08:57

Gürcüstanda 3,1 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

 

Yerli vaxtla saat 01:52-də qeydə alınan yeraltı təkanların episentri Axaldaba kəndindən 21 km şimalda, paytaxt Tbilisidən 219 km qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər