Falçının zorladığı tələbələr haqqında – Açıqlama

  • 20 apr 2018, 19:20

İki tələbənin zorlanması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) mediadan çoxsaylı zənglər gəlir.

 

 

 

 

 

 

Bu sözləri açıqlamasında DİN mətbuat xidməti rəisinin müavini, polis polkovnik-leytenantı Orxan Mansurzadə deyib.

Onun sözlərinə görə, araşdırma aparılır: "Müvafiq məlumat veriləcək”.

Qeyd edək ki, Bakıda tələbələri, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən "ovlayan” falçının peyda olması barədə məlumat yayılıb. Məlumata görə, qızları yuxuya verərək bakirəliklərini pozublar. Özlərini təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar. Qızlar mətbuatda çıxış edərək 102-ə məlumat verdiklərini söyləyiblər.

Oxşar xəbərlər