Xəbər lenti
Bütün xəbərlər

“Ganjlik Mall”da gənc qız döyüldü

  • 14 iyul 2017, 13:01

Bakıda tanınmış ticarət mərkəzində gənc qız döyülüb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda, "Ganjlik Mall"da baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Musayeva Nigar Emin qızı naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi istiqamətində araşdırma aparılır.

Demokratik.Az

Oxşar xəbərlər