Polis və DTX birgə əməliyyat keçirdi

  • 06 may 2017, 16:14
Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşları birgə əməliyyat keçirib.

DİN-nin verdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CD aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Demokratik.Az
Oxşar xəbərlər