Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Muzdla çalışanların maaşı artıb

Muzdla çalışanların maaşı artıb2016-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1495,8 min nəfər olub, onlardan 877,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 618,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, muzdla işləyənlərin 22,6 faizi təhsil, 19,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2015-ci ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,0 faiz artaraq 466,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.